Nazir müavini: Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 70 faizi keçib (FOTO)


Digərləri 01 May 2019 13:25:31 227 0

Nazir müavini: Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 70 faizi keçib (FOTO)

Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 76 faiz təşkil edib

Bakı. Sara İsrafilbəyova - Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 76 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "KOB evi"nin layihəsinin təqdimatı zamanıdeyib. O bildirib ki, son bir neçə il ərzində kiçik və orta biznesin inkişafı üçün kompleks işlər aparılır. Sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi prosesi sadələşdirilib: “Bu günədək sahibkarlara 7400-dən çox lisenziya verilib. Lisenziyaların verilməsi elektronlaşdırılıb və bu günədək elektron formada 940-dək lisenziya verilib”.