İlin əvvəlindən Azərbaycan sənaye parkları və məhəllələrinə yüz milyonlarla manat investisiya yatırılıb


Digərləri 01 May 2019 13:11:00 220 0

İlin əvvəlindən Azərbaycan sənaye parkları və məhəllələrinə yüz milyonlarla manat investisiya yatırılıb

Bu ilin birinci rübündə Azərbaycanda sənaye parkları və məhəllələrinə 540 milyon manat investisiya yerləşdirilib

Bakı. Sara İsrafilbəyova - Bu ilin birinci rübündə Azərbaycanda sənaye parkları və məhəllələrinə 540 milyon manat investisiya yatırılıb. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov KOB Evlərinə həsr olunmuş tədbir zamanı deyib. Nazir müavini bildirib ki, Azərbaycanda beş sənaye parkı – Sumqayıt kimya-sənaye, Qaradağ, Balaxanı, Mingəçevir və Pirallahı sənaye parkları və dörd sənaye məhəlləsi – Neftçala, Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələri yaradılıb.