Daha 981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub


Digərləri 01 May 2019 12:57:00 224 0

Daha 981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub

Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb.

Bakı. Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb. Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Qeyd olunan göstəricilər ötən ilin anoloji nəticələrindən iki dəfə çoxdur. Müsabiqədə uğur qazanmış namizədlərlə 2019-2020-ci il tədris ilinin başlanğıcında müddətsiz əmək müqaviləsi bağlanılacaq. Namizədlər mayın 17-nə qədər aidiyyəti yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidir.