Orxan Məmmədov: "KOB Evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi böyüyəcək" FOTO


Digərləri 01 May 2019 12:42:00 321 0

Orxan Məmmədov: "KOB Evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi böyüyəcək"  FOTO

KOB Evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi böyüyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "KOB evi"nin layihəsinin təqdimatı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O.Məmmədov deyib: "Bir qədər əvvəl aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən Koordinasiya Qrupunun ilk iclasını keçirdik. Kiçik və orta biznesin inkişafı siyasətinin əlaqələndirilməsi sahəsində operativliyin artırılması, habelə, ilk KOB Evinin yaradılması sahəsində qarşıda duran vəzifələr barədə səmərəli müzakirələr aparıldı və təkliflər verildi. Hesab edirəm ki bu format çərçivəsində birgə əməkdaşlığımız Prezident İlham Əliyevin islahatlar kursunun reallaşmasına öz əhəmiyyətli töhfəsini verəcəkdir".

KOBİA sədrinin sözlərinə görə, kiçik və orta biznes sektoru, sosial-iqtisadi inkişafdakı əhəmiyyətli roluna görə müasir iqtisadiyyatların əsasında duran mühüm amillərdəndir. Buna görə də kiçik və orta biznes sektorunun inkişafı müasir iqtisadiyyatların inkişafı üzrə dövlət siyasətinin ayrıca, xüsusi önəm verilən bir istiqamətinə çevrilib:

"Davamlı inkişaf trendi nümayiş etdirən ölkəmizdə də bu sektorun inkişafı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının həmişə mərkəzində olmuş və ötən illər ərzində bu sahədə qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində sistemli tədbirlər həyata keçirilib. Sahibkarlığın inkişafının hüquqi bazasının yaradılmasından başlayaraq, bu fəaliyyətin dəstəklənməsinin müasir təşkilati modellərinin tətbiqinə kimi həyata keçirilmiş mühüm tədbirlər nəticəsində əhəmiyyətli nəticələr qazanılıb, özəl sektor ölkənin qeyri-neft sektorunun inkişafında, məşğulluqda, xarici ticarətdə əhəmiyyətli mövqeyə yiyələnib. Sahibkarların cəmiyyətimizdə rolu artıb, onlar iqtisadi islahatlar kursunun aktiv dəstəkləyici qüvvəsinə çevrilib".

O.Məmmədov vurğulayıb ki, kiçik və orta biznes sektorunun ölkə iqtisadiyyatındakı rolunun yüksəldilməsi sahəsində ölkəmizin böyük potensialı mövcuddur: "Nəzərə almaq lazımdır ki, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürmüşdür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması və fəaliyyətinin təmini ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış mühüm sənədlər bu sahəyə göstərilən diqqətin daha bir göstəricisi olmaqla yanaşı, inkişaf çağırışlarından irəli gəlmiş, sahənin yeni tələblər səviyyəsinə qaldırılması, kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq məsələləri əhatə etmişdir. Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi sisteminin səmərəliliyinin artırılması, çoxsaylı dəstək mexanizmləri və onlara sahibkarların rahat çıxışının təmin edilməsi, biznes subyektlərinin maraqlarının müdafiəsi əsasında bu sektorun davamlı inkişafının təmin edilməsindən ibarətdir. Agentliyin əsas hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, Agentlik, bu missiyanın reallaşmasına yönəldilmiş, dövlət başçısının mühüm tapşırıqlarının icrası istiqamətində önəmli tədbirlər həyata keçirmiş, bir sıra strateji layihələrin icrasına başlamışdır".

İdarə Heyətinin sədri qeyd edib ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində hazırlanmış "Kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsi yeni mərhələdə bu sektorun inkişafının hüquqi əsaslarının yaradılması baxımından önəmli təşəbbüs olub: "Layihənin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında beynəlxalq təşkilatların, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə ictimai müzakirəsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı istiqamətində müəyyən etdiyi strateji xəttin əsas elementləri qanun layihəsində öz əksini tapmışdır. Belə ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması, dövlət adından onlara göstərilən xidmətlərin vahid elektron informasiya sistemləri vasitəsilə göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün əlverişli şəraitin yaradılması, sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması, biznes subyektlərinə dövlət xidmətlərinin vahid məkanda təşkil edilməsi layihədə nəzərdə tutulan yeni mexanizmlərdəndir. Bununla yanaşı, Agentlik tərəfindən ölkədə KOB-ların fəaliyyətini təşviq edən və özündə dövlətin müxtəlif dəstək mexanizmlərini nəzərdə tutan 10-dan çox normativ hüquqi aktın layihəsi hazırlanmışdır və hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılır".


Xəbərə aid fotolar