İlhamə Quliyevanın 200 min dollar verdiyi məşhur:


Digərləri 01 May 2019 12:49:00 277 0

İlhamə Quliyevanın 200 min dollar verdiyi məşhur:

"Orxanın toyunda Əli Mirəliyev orada yox idi. İlhamə Quliyeva "Şərəf ordeni" aldı. Onun üçün bir tədbir etdi. Gördünüz orada Əli Mirəliyevi? Mən şəxsən 16 ildə onu İlhamə xanımın həndəvərində belə görməmişəm. Bu gün Əli Mirəliyev medianın yaratdığı bir "person"dur. O vaxt İlhamə Quliyeva 200 min dollar vermişdi sizə. Onda niyə Əli Mirəliyevə vermirdi saxlasın, apardı Flora Kərimovanın qohumuna (Cavanşir Məmmədov) verdi bu pulu. Niyə Flora Kərimovanın qohumuna 200 min dollar verdi, amma öz doğma qohumuna vermədi bu pulu saxlamağa?"

Son.az xəbər verir ki, bu sözləri "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) Əli Mirəliyevin İlhamə Quliyevayla bağlı son çıxışını şərh edərkən deyib.

Tolikin "200 min dollar" söhbətini əməkdar artist Cavanşir Məmmədov təsdiq edib:

"200 min pul məndə iki ay qaldı. O evdən biz bayıra çıxmadıq ki, birdən yanğın olar, oğru gələr, əmanətdir. Evdən iki ay nə uşaqlar, nə yoldaşım heç bir yerə getmədik".