Alimlər üçün güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi üçün hökumətə müraciət edildi


Digərləri 01 May 2019 11:59:35 228 0

Alimlər üçün güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi üçün hökumətə müraciət edildi

Azərbaycan alimləri Abşeron rayonunun Saray qəsəbəsində tikilən buna üçün ödəniş etməkdə çətinlik çəkirlər. Buna görə Azərbaycan Milli Elmlər Akademiyası hökumətə alimlər üçün güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi üçün müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, hələlik alimlər üçün ipoteka kreditinin verilməsi məsələsi öz həllini tapmayıb: "Binanın kvadrat metri cəmi 450 manata təklif edilir. Lakin buna baxmayaraq, bəzi alimlər pulu ödəyə bilmirlər. Ümid edirəm ki, bu müraciətə müsbət yanaşılacaq və alimlər evlərin ödənişini həyata keçirə biləcəklər".