"Mən ər çörəyi yeyirəm"


Şou-biznes 01 May 2019 11:48:00 387 0

"Mən ər çörəyi yeyirəm"

"Subay olanda milyonların sevimlisi olursan, daha maraqlısan".

Subay olanda milyonların sevimlisi olursan, daha maraqlısan. Hər kəs səni sevir, arzulayır. Amma kiminsə haqqı-halalı, həyat yoldaşı olanda həmin çərçivə daralır.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova rejissor Nail Naiboğlunun "Youtube"da yayımlanan "21 sual" layihəsində deyib. Sənətçi övladlarından, həyat yoldaşından söz açıb:

"Qışqırmasam, işim getmir. Dörd uşağı idarə etmək asan deyil. Qonşular bəlkə də sözlərimi əzbərləyiblər. Hər səhər eyni sözləri deyirəm. Oğlan uşağına sözü deyirsən, qayıdır sənə.

Rövşən sərt görünür, amma mülayim insandır. Mən ər çörəyi yeyirəm. Bundan gözəl xoşbəxtlik yoxdur. Rövşən məndən çox qazanır. Biz ailə quranda hamı deyirdi çox çəkməyəcək. Hətta toydan 3 ay sonra xəbər də yayıldı ki, ayrılmışıq. Amma mən sübut etdim ki, ailə və sənəti bir yerdə idarə etmək mümkündür. Heç vaxt pulumu saymıram. Sevmirəm pulqabımda olan pulları sayım".