Akif Əlizadə: Elmin inkişafı üçün büdcədən kənar vəsaitlərdən istifadə edilməlidir


Digərləri 01 May 2019 11:40:00 345 0

Akif Əlizadə: Elmin inkişafı üçün büdcədən kənar vəsaitlərdən istifadə edilməlidir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayı artmaqdadır və buraya qəbul üçün hətta güclü müsabiqə vəziyyəti yaranır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayı artmaqdadır və buraya qəbul üçün hətta güclü müsabiqə vəziyyəti yaranır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib. Onun sözlərinə görə, bu gün AMEA büdcədən kənar vəsaitləri Yüksək Texnologiyalar ParkınIn fəaliyyəti nəticəsində əldə edir: "Elmin inkişafı üçün büdcədən kənar vəsaitlərdən istifadə edilməlidir". A.Əlizadə deyib ki, son illər ərzində akademiyada elm və təhsilin inteqrasiyası sahəsində mühüm tədbirlər həyata keçirilib. Lakin bu istiqamətdə fəaliyyət yeni keyfiyyətdə davam etdirilməlidir. Akademik AMEA-da Tədqiqat Universitetinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsini zəruri sayıb.