Polis Taksimdə mitinqi dağıtdı - Saxlanılanlar var (FOTO/VİDEO)


Digərləri 01 May 2019 11:27:00 306 0

Polis Taksimdə mitinqi dağıtdı - Saxlanılanlar var (FOTO/VİDEO)

Polis İstanbulun Taksim meydanında 1 may ilə əlaqədar mitinqə toplaşmağa cəhd edənləri dağıdıb.

Bakı. Rufiz Hafizoğlu - Polis İstanbulun Taksim meydanında 1 may ilə əlaqədar mitinqə toplaşmağa cəhd edənləri dağıdıb. Trend-in məlumatına görə, təxminən 100 nəfər bu məqsədlə meydana daxil olmaq istərkən polis tərəfindən müqavimətlə rastlaşıb. Türkiyə KİV-ləri polis tərindən 7 mitinq iştirakçısının saxlanıldığı bildirilir. Qeyd edək ki, artıq səhər saatlarından İstanbul polisi 1 may mitinqlərinin keçiriləcəyi gözlənilən Taksim meydanını mühasirəyə alıb, meydan istiqamətində avtomobil yolları da bağlanıb. Türkiyə hökuməti isə İstanbulun Bakırköy və Maltəpə rayonlarında 1 may mitinqlərinin keçirilməsinə rəsmi razılıq verib.