Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər açıqlandı


Digərləri 01 May 2019 11:10:00 197 0

Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər açıqlandı

Hazırlıq qruplarında oxuyanların ali məktəbə qəbulu üçün yenidən imtahan verməsi təklif edilir

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı hökumətdə müzakirə edilən bəzi təklifləri açıqlayıb. Trend-in məlumatına görə, M.Abbaszadə bildirib ki, təkliflərə əsasən, hazırlıq qruplarına qəbul üçün bal müəyyənləşdiriləcək: "Abituriyentlər bu balı topladıqları zaman istəklərinə uyğun olaraq həmin hazırlıq qruplarında oxuyacaqlar. Hazırlıq qruplarında təhsil aldıqdan sonra isə yenidən qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunacaqlar. Hazırlıq qruplarında təhsil almaq abituriyentə üstünlük verməyəcək". DİM sədri əlavə edib ki, ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər hazırda hökumət tərəfindən müzakirə edilir. Qaydalar təsdiq edildikdən sonra DİM onun tətbiqi mexanizmi barədə açıqlama verəcək: