İstanbulda polis Taksim meydanını mühasirəyə alıb


Dünya 01 May 2019 11:07:00 273 0

İstanbulda polis Taksim meydanını mühasirəyə alıb

İstanbul polisi 1 may mitinqlərinin keçiriləcəyi gözlənilən Taksim meydanını mühasirəyə alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda meydan istiqamətində avtomobil yolları da bağlanıb.

Qeyd edək ki, Türkiyə hökuməti İstanbulun Bakırköy və Maltəpə rayonlarında 1 may mitinqlərinin keçirilməsinə rəsmi razılıq verib.

Taksim meydanında isə 2010-cu ildə 1 may mitinqlərinin keçirilməsinə icazə verilsə də, 2013-cü ildə yenidən qadağa tətbiq olunmuşdu.