Bakıda naməlum avtomobil 27 yaşlı oğlanı vurub qaçdı


Digərləri 01 May 2019 10:48:28 182 0

Bakıda naməlum avtomobil 27 yaşlı oğlanı vurub qaçdı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə ötən gecə paytaxtın Yasamal rayonu, Moskva prospekti 80 ünvanının qarşısında baş verib. Gecə saat 04 radələrində Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Fətullayev Hikmət Gülağa oğlu naməlum avtomobil tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.