İki “VAZ” toqquşdu:


Digərləri 01 May 2019 10:40:00 221 0

İki “VAZ” toqquşdu:

Azərbaycanda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. Görüntülərdən məlum olur ki, qəza zamanı "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillər toqquşub. 

Qəzanın dəqiq harada və nə zaman baş verdiyi, eləcə də ölən və xəsarət alanlarla bağlı məlumat verilmir. Hadisə zamanı "VAZ-21011" əsas yola daxil olarkən hərəkətdə olan "VAZ-2106"ya yol verməyib və nəticədə avtomobillər toqquşub. 

Zərbənin təsirindən "VAZ-2106"da olan sərnişin avtomobilin ön şüşəsindən yola düşüb. 

Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Səkkiz nəfər ölüb. Onlar iki ailənin üzvləri olub.