Azərbaycanda mağaza və çayxanada yanğın


Digərləri 01 May 2019 09:45:00 227 0

Azərbaycanda mağaza və çayxanada yanğın

Neftçalada mağaza və çayxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Bankə qəsəbəsində ümumi sahəsi 80 m² olan tikilinin (mağaza və çayxana kimi fəaliyyət göstərir) tavanı 40 m² sahədə və içərisində 4 ədəd stul yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.