AMEA-nın ümumi yığıncağı keçirilir


Digərləri 01 May 2019 09:48:00 217 0

AMEA-nın ümumi yığıncağı keçirilir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir. Trend-in məlumatına görə, yığıncaqdan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Administrasiyanın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və digər rəsmi şəxslər, ziyalılar elmi nailiyyətlər sərgisini ziyarət ediblər. Yığıncaqda AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat veriləcək.