Müəllim özünü öldürtmək üçün "killer" tutub Film kimi cinayət FOTO


Kriminal 01 May 2019 09:14:00 299 0

Müəllim özünü öldürtmək üçün "killer" tutub  Film kimi cinayət  FOTO

İstanbulda məktəblərdən birində müəllim işləyən İlkay Sivaslı adlı qadının 21 apreldə qətlə yetirilməsinin təfərrüatları ortaya çıxıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Tanju adlı şəxs Adanada ələ keçirilməsindən sonra cinayətin necə işlənildiyi məlum olub.

O, polislərə ifadəsində film ssenarisinə mövzu olacaq qəribə təfərrüatları dilə gətirib. Belə ki, Tanju İlkayın 10 ildir birlikdə olduğu kişidən ayrıldıqdan sonra psixoloji sarsıntı keçirdiyini və depressiyaya düşdüyünü deyib. İlkay bu səbəbdən özünü öldürmək istəyib. Bunu özü edə bilməyən müəllim İlkay "killer"lə razılaşıb. Tanjunun sözlərinə görə, İlkayı öldürmək üçün onunla 6 min lirəyə (təxminən 1700 manat) razılaşıb.

Məsələnin digər qəribə tərəfi isə "killerin" qadına aşiq olması olub. Belə ki, Tanju İlkayı sevdiyini bildirib və onu öldürmək istəməyib. Müəllim isə tez-tez qatilinə "Məni nə zaman öldürəcəksən?", "Məni dostlarımın yanında öldürmə" kimi mesajlar göndərib və ölümünü tezləşdirməsini istəyib.


Xəbərə aid fotolar