Nazirdən azanla bağlı SENSASİON ADDIM Səudiyyə Ərəbistanında


Dünya 01 May 2019 08:52:00 281 0

Nazirdən azanla bağlı SENSASİON ADDIM  Səudiyyə Ərəbistanında

Məscidlərdə yüksək səslə oxunan azan ətrafdakılara narahatlıq verə bilər, ona görə də səsi azaldılmalıdır.

Son.az xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının İslam işləri naziri Əbdüllətif Əl Şeyx çıxış edib.

Nazir azanın namazın vacib tələblərindən olduğunu, lakin imamların ətrafdakılara hörmət etməli olduğunu deyib.

Nazirlik tərəfindən yayılan açıqlamada Əbdüllətif Əl Şeyx məsciddə səsləndirilən yüksək səsli azanın evində oturan və xəstə insanları narahat edə biləcəyi bildirilib. Açıqlamada bildirilib ki, bir məscidin azan səsi digər məscidlərin səsini üstələyir.

"İnsanlara Allahın evini sevdirmək lazımdır. Məscidlərdə mənəviyyat və səssizlik hakim olmalıdır, insanları narahat etməməliyik".