Qadının qızıl dişlərini sökdülər, sonra boğub öldürdülər Dəhşətli cinayətin təfərrüatı


Kriminal 01 May 2019 08:59:00 312 0

Qadının qızıl dişlərini sökdülər, sonra boğub öldürdülər  Dəhşətli cinayətin təfərrüatı

Ucar rayonunda tamah məqsədi ilə qətl törətməkdə təqsirli bilinən Könül Məmmədova Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin müraciəti ilə bağlı məhkəmə baxış iclası bu gün hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, qətlin üstü təsadüfən açılıb.

Belə ki, Kürdəmir rayonu Şilyan kəndinin ərazisində rayon sakinləri Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədova ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir Rayon Polis Şöbəsinə gətiriliblər.

Araşdırma zamanı K.Məmmədova 2014- cü il yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf ediblər.

K.Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib.