Qayınatasını və arvadını güllələyib öldürdü, qayınanasını yaraladı MƏHKƏMƏ


Kriminal 01 May 2019 08:30:00 280 0

Qayınatasını və arvadını güllələyib öldürdü, qayınanasını yaraladı  MƏHKƏMƏ

Gəncədə qayınatasını və arvadını qətlə yetirməkdə təqsirli bilinən Məsim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 13-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 18-i saat 01 radələrində Gəncə şəhərində baş verib. Daşkəsən rayonu, Xoşbulaq kənd sakini, 1990-cı il təvəllüdlü M.Məmmədovun ailə-məişət münasibətləri zəminində qayınatası Namiq Əkbərovu və arvadı İlahə Əkbərovanın Gəncə şəhərində yaşadıqları ünvana gələrək odlu silahdan atəş açmaqla öldürüb. Daha sonra o, hadisə yerindən özünə məxsus avtomobillə qaçıb.

Polis əməkdaşları tərəfindən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilib. Tutulan zaman cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib.