Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ayda 60 mini keçib


Digərləri 01 May 2019 08:15:00 300 0

Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ayda 60 mini keçib

2019-cu ilin martında Azərbaycandan Türkiyəyə 60,9 min turist səfər edib. Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 5,35 faiz çoxdur.

Qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 2,73 faiz təşkil edib.

Bu ilin birinci rübündə Türkiyəyə 158,4 min azərbaycanlı turist səfər edib ki, bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 2,69 faiz çoxdur.