İranın Kirman vilayəti günəş panelli stansiyaların pilot layihəsinə çevrilə bilər


Dünya 01 May 2019 08:10:00 217 0

İranın Kirman vilayəti günəş panelli stansiyaların pilot layihəsinə çevrilə bilər

İranın Kirman vilayəti İranda 5 meqavatlıq günəş panelli stansiyaların pilot layihəsinə çevrilmə potensialına sahibdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin iqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi deyib.

M.Puribrahiminin sözlərinə görə, hal-hazırda vilayətdə İmam Xomeyni İmdad Komitəsinin himayəsində olan ailələr üçün 700 günəş panelli stansiya quraşdırılıb.

Puribrahimi əlavə edib ki, 520 günəş panelli stansiya da istismara verilməyə hazırdır.

Kirman vilayətində İranın İmam Xomeyni İmdad Komitəsinin himayəsində təxminən 103 min ailə var. Bu komitə Kirman vilayətində himayəsində olan ailələr üçün 5 kilovatlıq günəş panelli stansiyalar quraşdırır.