Portuqaliyada işsizlik səviyyəsi Aİ üzrə orta göstəricidən yüksəkdir


Dünya 01 May 2019 04:30:00 211 0

Portuqaliyada işsizlik səviyyəsi Aİ üzrə orta göstəricidən yüksəkdir

Rəsmi məlumata görə, 2018-ci ildə Portuqaliyada işsizlik səviyyəsi 2017-ci ildəki 9 faizdən 7,1 faizə düşüb. Lakin bu göstərici də Avropa İttifaqı üzrə orta səviyyədən (6,9 faiz) yüksəkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə Çexiya və Almaniyada işsizlik ən aşağı səviyyədə - müvafiq surətdə 2,2 faiz və 3,4 faiz olub. Aİ məkanında işsizliyin ən yüksək səviyyəsi isə Yunanıstanda (19,3 faiz) və İspaniyada (15,3 faiz) qeydə alınıb.