İran xurma ixracını qadağan etdi


Dünya 30 Apr 2019 23:54:00 249 0

İran xurma ixracını qadağan etdi

İranın Bazarın Tənzimlənməsi Komitəsinin qərarı ilə xurma ixracı bu gündən qadağan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Ramazan ayı ərəfəsində bazara nəzarət etmək məqsədilə xurma ixracı qadağan edilib.

Həmçinin qərara alınıb ki, topdansatış bazarlarında xurmanın qiyməti təsdiqlənmiş qiymətdən minimum 15% aşağı satılsın.

Habelə Ramazan ayında şəkər və yağın qiymətinin dəyişməməsi haqqında qərar verilib.