İran xurma ixracını qadağan etdi


Digərləri 30 Apr 2019 23:52:16 236 0

İran xurma ixracını qadağan etdi

İranın Bazarın Tənzimlənməsi Komitəsinin qərarı ilə xurma ixracı bu gündən qadağan edilib.

Bakı. Elnur Bağışov - İranın Bazarın Tənzimlənməsi Komitəsinin qərarı ilə xurma ixracı bu gündən qadağan edilib. Trend-in məlumatına görə, Ramazan ayı ərəfəsində bazara nəzarət etmək məqsədilə xurma ixracı qadağan edilib. Həmçinin qərara alınıb ki, topdansatış bazarlarında xurmanın qiyməti təsdiqlənmiş qiymətdən minimum 15% aşağı satılsın. Habelə Ramazan ayında şəkər və yağın qiymətinin dəyişməməsi haqqında qərar verilib.