Azərbaycan Prezidenti: Bakıda nəqliyyattəsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur


Siyasət 30 Apr 2019 23:42:00 224 0

Azərbaycan Prezidenti: Bakıda nəqliyyattəsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur

Bakıda nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident vurğulayıb ki, Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı təkmilləşir:

"Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur. Beləliklə, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır. Şəhərə yeni metro vaqonları gətiriləcəkdir. Yüzlərlə yeni lift quraşdırılacaq. Bu məqsədlər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur".

İlham Əliyev bildirib ki, şəhərətrafı dəmir yolunun çəkilişi prosesi davam etdirilir: "Bu da şəhər nəqliyyatının işini böyük dərəcədə yaxşılaşdıracaqdır".