Prezident İlham Əliyev: Sahibkarlar bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər


Digərləri 30 Apr 2019 23:41:00 210 0

Prezident İlham Əliyev: Sahibkarlar bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər

Sahibkarlar bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər.

Bakı. Sahibkarlar bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. İlham Əliyev bildirib ki, inşaat sektorunun inkişafına daha böyük diqqət göstərməliyik: "İnşaat sektorunda hazırda canlanma var. İnşaat sektorunda minlərlə, on minlərlə insan işləyir. Hazırda Bakı şəhərində 400-ə yaxın çoxmərtəbəli bina tikilir. Bu, onu göstərir ki, bu sektorda çox böyük canlanma, irəliləyiş var, tikinti materiallarının istehsalı artır. Yəni, inşaat sektoru iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyan sahədir. Burada, əlbəttə ki, dövlət tərəfindən sahibkarlara tam dəstək verilməlidir, bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Əlbəttə ki, sahibkarlar da dövlət nəzarəti altında bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər”. Dövlət başçısı söyləyib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə birinci sosial evlər layihəsi uğurla başa çatıb: “Yasamal yaşayış kompleksi istifadəyə verilib. Mən bu kompleksin açılışında olmuşam. İndi isə ikinci layihə icra edilir - Hövsan qəsəbəsində. Orada indi 3 minə yaxın mənzil inşa edilir. Bu qurum - MİDA mənim təşəbbüsümlə yaradıldı və məhz sosial məna daşıyan bir layihədir. Sosial evlərin tikintisi minlərlə ailənin mənzillə təmin edilməsi üçün şərait yaradır. Bu, minlərlə iş yeri yaradır və eyni zamanda, inşaat sektoruna böyük təkan verir. Yəni, təkcə bir yaşayış kompleksində 3 minə yaxın mənzilin tikintisi görün nə qədər insanı bu işlərə cəlb edir, nə qədər sahibkarı işlə təmin edir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin