İnsanı tez qocaldan 7 faktor – Allergiya,


Digərləri 30 Apr 2019 23:25:00 260 0

İnsanı tez qocaldan 7 faktor – Allergiya,

Elm və tibb hələ insan orqanizminin təbii qocalma amilinin qarşısını almaqda aciz olsa da, aparılan bir çox araşdırmalar bir çox insanlarda daha erkən qocalmanın səbəblərini aşkar etməyə çalışır. Maksimum gec qocalmaq üçün çalışmaq inşanın öz əlindədir. Lakin elə səbəblər var ki, istər-istəməz mənfi təsirini göstərməklə, insanı daxilən, zahirən qocaldır.

Son.az medicina.az-a istinadən bu 7 faktoru nəzərinizə çatdırır.

1.Siqaret və daimi stress

Uzun müddət siqaret çəkmək, tütün, xüsusən qadınlarda cəmi 5 ilin içərisində 10 il qocalma prosesini irəlilədərək, zahirən qocalıq əlamətlərini artırır. Alimlər son araşdırmalarla sübut edib ki, nəinki çəkənlər, həmçinin siqaret çəkənlərin 2-3 metr dianmetrində olan insanlar da nikotindən zəhərlənərək qocalmağa başlayır.

Yəni ailədə ər çox siqaret çəkirsə, onun arvadının cavan və gözəl qalması mümkün deyil.

2.Allergiya

Müasir tibbin hələ də qarışısında aciz qaldığı qlobal problemlərdən biri allergiya immun sistemin anomal aktivliyi, ətraf mühitdən allergenlərə reaksiyasıdır. Daim ağır allergiyalardan əziyyət çəkənlər dermatit, bronxial astma kimi xəstəliklərə tutulurlar ki, bu da orqanizmi qocaldır. Allergen insanlar öz yaşıdlarından həmişə bir neçə yaş böyük görünür.

Selikli qişaların xroniki iltihabı, gözləri şişkinliyi, qızarması, dəridə qaşınma dərinin tündləşməsi, piqmentasiyasının pozulması, qırışların artmasına, gözlərin daha yaşlı görünməsinə səbəb olur.

Allergiyası olan insanlar daha gənc yaşlardan kosmetoloq müalicələrindən keçməlidir.

3.Yuxusuzluq

Sutkada 8 saatdan az yatan, xüsusən gecə yarıya kimi oyaq qalıb, səhərəyaxın yatanlar tez qocalır, ömrünü azaldır. Eləcə də çox yatanlar, yataqda, divanda çox uzananlar da nəinki tez qocalır, həmçinin tez ölür. Məsələn, 70-80 yaşında çanaq-bud sümüklərini yıxılaraq sındıran yaşlılar 1-2 il ərzində ölür. Səbəb isə çıxıq yox, həmin insanların hərəkətsiz uzanmasıdır.