Hesab vermədən behiştə necə getmək?


Digərləri 30 Apr 2019 23:20:00 199 0

Hesab vermədən behiştə necə getmək?

"Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar. Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar)". ("Qəmər" 54-55).

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Qiyamət günü gəlib çatar, Allah bütün xəlqi bir yerdə toplayar. Carçı car çəkər: "Səbir əhli haradadır?".

Sonra başqa carçı deyər: "Fəzl əhli haradadır?".

Sonra başqa carçı car çəkər: "Allahın qonşuları haradadır?".

Bir dəstə ayağa qalxar və mələklər onları qarşılamağa tələsərlər. Onlara deyərlər ki, siz dünyada nə etmisiniz ki, bu gün Allahın qonşusu olmusunuz?