Danışmağın ədəb qaydaları


Digərləri 30 Apr 2019 22:45:00 255 0

Danışmağın ədəb qaydaları

Danışmaq - bizə sadə bir iş kimi görünsə də, Allahın biz insanlara verdiyi ən böyük nemətdir.

"(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub, insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)". ("Rəhman" 3-4).

Qiyamət günü insandan dilinə görə sual olunar. "Məgər Biz ona iki (görən) göz vermədikmi?! Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!". ("Bələd" 8-9).

Peyğəmbərlərin (ə) gətirdiyi və nümayiş etdirdiyi möcüzələr arasında ən böyük möcüzə - Müqəddəs Qurani-Kərimdir.

Quran - insan dili ilə bəyan olunan İlahi kitabdır. Kafirlər onu eşidən zaman onu sehr hesab edirdilər. Bu da Quran bəyanlarının qüdrətindən xəbər verir.

O zaman ki, Allah Təala Həzrət Musanı (ə) peyğəmbər seçir, onun istədiyi ilk şey - səlis danışmaq qabiliyyəti olmuşdur.

Allah insanı yaratmışdır ki, layiqli sözlər danışsın. Qəbahətli sözlər danışmaq insana yaraşmaz. Bu səbəbdən Quran söyüş söyməyi və pis söz işlətməyi qadağan etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, danışıq nemətinin öz ədəb və qaydaları vardır ki, hər bir insan ona riayət etməlidir.