Çaylardakı son vəziyyət açıqlanıb


Digərləri 30 Apr 2019 22:48:18 164 0

Çaylardakı son vəziyyət açıqlanıb

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 160-210 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 328 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 315 m3/s olmaqla, ongünlük normadan az olub. Aprelin 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 74 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 139 m3/s təşkil etməklə ongünlük normadan az olub.