Möminə xanımın geyimdə riayət etməli olduğu 5 nöqtə


Digərləri 30 Apr 2019 22:15:00 198 0

Möminə xanımın geyimdə riayət etməli olduğu 5 nöqtə

Möminə xanım deyildikdə iffət, həya və hicab nümunəsi olan xanımlar nəzərdə tutulur. Bu qadınlar özlərini naməhrəmdən qoruyar və Allahın razılığını əldə etməyə cəhd edərlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, belə xanımlara bəzi tövsiyələr verilir ki, onlarla tanış olaq:

1. Əmin olunan paltar. Möminə qadın elə paltar geyinməlidir ki, onu hər şəraitdə - istər küləkdə, istərsə də yağışda naməhrəmlərin haram baxışlarından qoruya bilsin. Əmirəl-möminin (ə) nəql edir: "Mən və Peyğəmbər (s) küləkli və yağışlı bir havada Bəqidə əyləşmişdik və ulağa əyləşən bir qadın oradan keçirdi. Uzunqulağın başı çuxura düşür və qadın yerə yıxılır.

Peyğəmbər (s) üzünü çevirir. Orada olanlar deyirlər: "Ey Allahın Rəsulu! O qadın şalvar geyinmişdir".

Həzrət (s) üç dəfə buyurur: "Allahım! Şalvar geyinən qadınları bağışla! Ey insanlar! Şalvar geyinin və qadınlarınızı bayıra çıxan zaman şalvarla qoruyun"".

2. Şöhrət libası geyinməmək. Dinimizin elə şərtləri vardır ki, qadınla kişi arasında müştərəkdir. Hər ikisi də bu şərtə əməl etməlidirlər. Bu şərtlərdən biri də şöhrət libasıdır. Peyğəmbər (s) iki cür paltar geyinməyi qadağan etmişdir: şöhrət paltarı və ürfdə pis sayılan paltar.

3. Nazik paltardan çəkinmək. Nəql edilir ki, Aişənin bacısı Əsma Peyğəmbərin (s) evinə gəlmişdi və bədənində nazik paltar vardı. Peyğəmbər (s) onu görən kimi üzünü çevirir və buyurur: "Ey Əsma! O zaman ki, qadın həddi-büluğa çatar, onun bədənində nəyinsə görünməsi yaxşı deyildir".