Ərdoğan və Putin arasında kritik müzakirə


Dünya 30 Apr 2019 22:07:00 189 0

Ərdoğan və Putin arasında kritik müzakirə

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, liderlər ikitərəfli münasibətləri və Liviyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan və Putin Suriya böhranının həlli üçün Astana formatı çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsi mövzusunda razılaşıblar.

Tərəflər eyni zamanda"S-400" raket əleyhinə müdafiə kompleksilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında ötən gün telefon söhbəti olub.