Sosial mediada məşhur foto: Qadın süd vəzilərinin təsviri


Digərləri 30 Apr 2019 21:08:00 240 0

Sosial mediada məşhur foto: Qadın süd vəzilərinin təsviri

Qadının döşündə gül kimi görünənlər nədir?

Facebook və Twitter platformasında sürətlə yayılan bu görüntü qadın döşlərinin anatomiyasıdır.

Çiçək şəkli almış əzalar isə qadın süd vəziləridir.

Süd əmələ gətirən vəzilər dar kanallardan və bölümələrdən ibarətdir. Süd boruları vəzlərdə əmələ gələn südü məməciklərə daşıyır.

Qadın anatomiyasını tanımaqda çətinlik çəkən Twitter istifadəçilərinin bir çoxunu bu təsvir təəccübləndirib.

Twitter-də paylaşdığı mesajlardan birində istifadəçilərdən biri yazıb yazmışdı: "Qadın əzələlərinin anatomik təsvirinin ilk dəfədir ki, görürəm. Qadın süd vəzinin bu şəkildə olacağını ağlıma gətirə bilməzdim".

Qadın süd vəzilərinin anatomik təsviri Twitter-də sürətlə yayılıb - cəmi bir neçə gün ərzində həmin təsvirə 130000-dən çox dəfə baxılıb və bəyənilib.