Bakıda 26 yaşlı oğlan küçədə bıçaqlandı


Digərləri 30 Apr 2019 20:57:00 176 0

Bakıda 26 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, F.Xoyski 115 saylı binanın qarşısında Abşeron rayonu, Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Məhəmməd İlqar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.