İran Hörmüz boğazını bağlayarsa...


Dünya 30 Apr 2019 20:24:00 240 0

İran Hörmüz boğazını bağlayarsa...

İran Hörmüz boğazını bağlaya bilməz, buna onun nə hüquqi, nə də coğrafi şəraiti imkan verir.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın İran neftinin ixracına tətbiq etdiyi güzəştin 2 may tarixindən ləğv ediləcəyi və ixracın tam sıfırlanacağı qarşılığında Tehran rəsmilərinin Hörmüz boğazını bağlaya biləcəkləri barədə hədələrini şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Hörmüz boğazı təkcə İranın səlahiyyətində deyil:

"Boğazlara dair beynəlxalq konvensiyaya uyğun olaraq, Hörmüz boğazı ərazisində olan bütün ölkələrin gəmiləri bu yoldan istifadə edə bilər. İranın bu boğazı bağlamasıyla bağlı dedikləri hazırda psixoloji təzyiqdən başqa bir şey deyil. Əgər İran Hörmüzü bağlasa, Birləşmiş Ərəb Əmirliklərinin, Qətərin və digər ölkələrin gəmilərini buraxmasa, bu, beynəlxalq hüquq normalarının pozulması demək olar. İran buna cəsarət edərsə, beynəlxalq güclər onun bu addımının qarşısını bütün mümkün vasitələrlə alacaq".