Hicablı model çimərlik geyimində


Digərləri 30 Apr 2019 19:57:00 417 0

Hicablı model çimərlik geyimində

Dünyaca məşhur hicablı model Həlimə Aden "Sports İllustrated" jurnalının çimərlik geyimi buraxılışına pozlar verib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, 21 yaşlı model bu nəşrə çəkilən ilk müsəlman qadın olub.

Qeyd edək ki, Somalidən olan model 2016-cı ildə ABŞ-da Minnesota ştatının gözəli seçilib.

Moda yarışma tarixində ilk hicablı qadın olan Həlimə hicabın zülm simvolu kimi tanınmasının səhv olduğunu, bu geyimi özünün seçdiyini bildirib.


Xəbərə aid fotolar