“Hakimiyyətə gəlməsi üçün…”


Dünya 30 Apr 2019 19:30:00 224 0

“Hakimiyyətə gəlməsi üçün…”

"Ermənistan Baş naziri Nikol Paşinyan işləməyə başlayıb və ABŞ-la siyasət oyunu oynamağı dayandırdı".

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Karnegi Fondunun araşdırmaçısı Pol Stronski deyib.

Ekspert ABŞ-ın keçmiş Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sərkisyandan razı qalmadığını və maliyyə yardımının azaldıldığını bildirib.

Stronski Ermənistanda iqtidarın dəyişməsindən sonra ABŞ-ın bu ölkəyə maliyyə yardımının xeyli ölçüdə artdığını deyib:

"Avropa İttifaqından fərqli olaraq, ABŞ 6 ay ərzində Ermənistana 14 milyon dollar yardım edib. Keçən il ərzində isə 1992-ci ildən bu günə ilk dəfə olaraq, ABŞ Ermənistana 25 milyon dollar verdi. ABŞ xüsusilə Paşinyan hökuməti öz prioritetlərini bəlli etdikdən sonra daha çox pul verməyə hazırdır".