Anar Mədətov ailə qurduğu Samirə ilə necə tanış olub?


Şou-biznes 30 Apr 2019 19:07:00 245 0

Anar Mədətov ailə qurduğu Samirə ilə necə tanış olub?

Məşhur futbolçu Mahir Mədətovun atası, tanınmış prodüser Anar Mədətov boşanaraq başqa qadınla evlənir.

Son.az bildirir ki, Ölkə.az tanınmış prodüser Anar Mədətovun ailə qurduğu Samirə adlı vizajist barədə bəzi məlumatlar əldə edib. Məlumatda qeyd edilir ki, 46 yaşlı Mədətovun gələcək həyat yoldaşı özündən 11 yaş kiçikdir. Əslən Cəlilabad rayonundan olan Samirə Anar Mədətovun anası Mahirə Mədətovanın yaşadığı yerin yaxınlığında bacıları ilə gözəllik salonu işlədirlər. Prodüserin vizajistlə anasıgilə gedərkən tanış olduğu da məlumatlar sırasındadır.

Qeyd edək ki, Anar Mədətovun prodüser Elnurə Mədətova ilə evliliyindən iki övladı var.