Binəqədidə yollar bağlanır!


Digərləri 30 Apr 2019 18:49:00 211 0

Binəqədidə yollar bağlanır!

Bu gündən may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutlarin hərəkətində dəyişiklik edilərək:

- 2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutlar "Ekologiya" postunun yaxınlığından geriyə dönməklə, "Beynəlxalq Avtovağzal Kompleksi"nə təşkil ediləcəkdir.

- 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.

- 130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .