DİQQƏT! Bu yollar xətlənir


Digərləri 30 Apr 2019 18:24:00 223 0

DİQQƏT! Bu yollar xətlənir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospekti, Böyük Şor yol qovşağından Yusif Səfərov küçəsinin kəsişməsinə qədər olan hissədə üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, işlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.