DSX: Ermənistan sərhəd döyüş məntəqələrini dəfələrlə intensiv atəşə tutub


Siyasət 30 Apr 2019 18:17:00 226 0

DSX: Ermənistan sərhəd döyüş məntəqələrini dəfələrlə intensiv atəşə tutub

29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə DSX-dən məlumat verilib.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıl­ıb.