Səfir: "Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi rekord həddə çatıb"


Siyasət 30 Apr 2019 18:09:00 242 0

Səfir: "Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi rekord həddə çatıb"

"Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 500 milyon dolları ötüb".

Son.az xəbər verir ki, bunu Trend-ə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Onun sözlərinə görə, tərəflər arasında bir çox perspektiv layihələr də mövcuddur:

Səfir xüsusilə Türkiyənin Kırıkkale şəhərində kənd təsərrüfatı texnikasının yığılması üzrə Belarus-Azərbaycan birgə müəssisəsini qeyd edib.

G.Axramoviç bildirib ki, ölkələr müxtəlif layihələrin reallaşdırılmasında yeni səviyyəyə çıxıb: "Əməkdaşlıq təkcə ticarət sahəsində deyil, həm də elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə inkişaf edir".

Səfir ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edib və xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı iki ölkə lideri əməkdaşlığın iki suveren, müstəqil dövlət arasında münasibət üçün nümunə hesab olunduğunu bildirib.