LəkiQəbələ dəmir yolu xəttinin tikintisi ilin BU TARİXDƏ yekunlaşacaq


Digərləri 30 Apr 2019 17:37:00 222 0

LəkiQəbələ dəmir yolu xəttinin tikintisi ilin BU TARİXDƏ yekunlaşacaq

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonuna qədər yekunlaşacaq. Yeni dəmir yolu xətti Ləki stansiyasından Qəbələnin hava limanına qədər olacaq.

Son.az bildirir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, 43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək:

"Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 4 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 2 ədəd yeraltı keçidin tikintisi tamamlanıb. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb".

S.Qədirova bildirib ki, bu günə kimi 71 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir: