ABŞa bunu etməyə icazə verməyəcəyik


Dünya 30 Apr 2019 17:14:00 198 0

ABŞa bunu etməyə icazə verməyəcəyik

"ABŞ-ın İran neftinin satışını sıfıra endirməsinə icazə verməyəcəyik".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani nümunəvi işçilərin 30-cu konfransında deyib.

H.Ruhaninin sözlərinə görə, ABŞ-ın sanksiyalarda ilk məqsədi İranın valyuta ehtiyatını azaltmaqdır:

"İranın xarici valyuta gəlirinin böyük bir mənbəyi neft, qaz kondensatları və neft və qaz istehsalı ilə əlaqədar bəzi məhsulların satışına bağlıdır".

İran Prezidenti əlavə edib ki, sanksiyalar cəmiyyətin orta və aşağı kütlələrinə birbaşa təzyiq göstərir.