Bakıda AİLƏ DRAMI


Digərləri 30 Apr 2019 16:57:00 247 0

Bakıda AİLƏ DRAMI

Aprelin 6-sı iki körpəsini ataraq, evdəki 10 min manatı da götürüb qaçan Məhərrəmova Məhluqənin axtarışına çıxan son "həyat yoldaşı" Eldar adlı şəxs, onun əvvəl iki dəfə ailəli olduğu xəbərini "Səni axtarıram"ın efirində öyrənib.

Son.az xəbər verir ki, Eldar Məhluqənin üçüncü "əri" olsa da, bundan yeni xəbər tutduğunu bildirib:

"Məndən qabaq bir dəfə ərdə olduğunu bilirdim, ikincini bilmirdim".

Eldar 8 ildir bir yerdə yaşadığı uşaqlarının anası Məhluqəni daha qəbul etməyəcəyini bu sözlərlə bəyan edib:

"Onu qəbul etməyəcəm. Uşaqlarımın sənədini versin, mən uşaqlarımı göndərirəm anamgilə. Ya da uşaqlarını götürsün saxlasın, alimentini verim".

Qeyd edək ki, bundan əvvəlki kişidən "itkin gəlin"in 3 uşağı da var. 

Məhəmməd Vaqif Son.az


Xəbərə aid fotolar