Zorakılıq halları ilə üzləşmə azyaşlının intihar etməsinə səbəb ola bilir


Digərləri 30 Apr 2019 16:34:00 220 0

Zorakılıq halları ilə üzləşmə azyaşlının intihar etməsinə səbəb ola bilir

"Zorakılıq halları ilə üzləşən uşaqlar özünə qapanır, depressiyaya düşürlər. Bu vəziyyət də azyaşlının intihar etməsinə səbəb ola bilir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə deyib.

Onun sözlərinə görə, məktəbdə, həyətdə, məişət zəminində fiziki və ya mənəvi zorakılıq halları ilə qarşılaşan uşaqlara lazımi tibbi-psixoloji yardım göstərilməsi üçün tibb işçilərinin bilik və bacarıqlarının artırılması bu gün olduqca vacib məsələdir.

S.Babazadə hesab edir ki, zorakılıq halları ilə üzləşən uşaqların intihar etməsinin qarşısını almaq üçün zərər çəkmiş şəxslərə tibbi-psixoloji yardım təcili və təxirəsalınmaz formada, düzgün sistematik qaydada aparılmalıdır.