Təhsil millətin gələcəyidir (FOTO)


Digərləri 30 Apr 2019 16:37:00 202 0

Təhsil millətin gələcəyidir (FOTO)

Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Təhsil millətin gələcəyidir" başlığı altında tədbir keçirilib.

Bakı. Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Təhsil millətin gələcəyidir" başlığı altında tədbir keçirilib. Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirib və ona qayğı göstərib. O bildirib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu, dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ortaya qoyur. Təhsil Azərbaycan dövləti üçün pirioritetdir. Tədbirin keçirilməsində məqsəd aprel ayının 4-ü Bakı şəhərinin 162 saylı məktəbində baş verən hadisə ilə bağlı son vaxtlar cəmiyyətdə geniş müzakirə mövzusu olan müəllim-şagird, müəllim-valideyn münasibətləri və rayonumuzun ümumtəhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etməkdir. Diskussiya xarakterli görüşümüzdə rayonun ümumtəhsil müəssisələrinin müəllim, şagird və valideynlərini düşündürən sualları müzakirə etmək, rayonun təhsil həyatında mövcud vəziyyətlə yaxından tanış olmaq üçün hər birinizi aktiv olmağı təkilif edirəm" - deyə Hikmət Şikarov çıxışının sonunda qeyd edib. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək Dövlət Proqramına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin əsaslı təmir olunmasını, müasir texnologiyalar əsasında fənn kabinetləri ilə təchiz olunmasını, bununla yanaşı məktəbəqədər təhsil müəssisələrində yer çatışmazlığını qeyd edib. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı rayonun təhsil müəssisələrində mövcud vəziyyəti aydınlaşdırmaq üçün monitorinq qrupunun yaradılması barədə Sərəncam verdiyini qeyd edərək və bu qrupun orta məktəblərdə valideyn və şagird kollektivləri ilə görüşlər keçirilməsi tapşırığı verilib.