Şimali Koreyanın XİN rəhbərinin müavini Azərbaycana gələcək


Dünya 30 Apr 2019 16:24:00 212 0

Şimali Koreyanın XİN rəhbərinin müavini Azərbaycana gələcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirinin müavini Pak Myonq Quk yaxın günlərdə Azərbaycana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, P.M.Quk Qoşulmama Hərəkatına üzv olan ölkələrə, o cümlədən Suriya, İran, Azərbaycan və Monqolustana səfər edəcək.

Trend-in sorğusuna cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumatı təsdiqləyib:

"Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Pak Myonq Qukun rəhbərlik etdiyi nümayəndə heyətinin bu il Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü nəticəsində qəbul ediləcək yekun sənədlərin müzakirəsi məqsədilə yaxın günlərdə ölkəmizə səfər etməsi nəzərdə tutulub".