Konqoda "Ebola" 950 nəfəri öldürdü


Dünya 30 Apr 2019 16:29:00 195 0

Konqoda "Ebola" 950 nəfəri öldürdü

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı 950 nəfəri keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyi rəsmi bildirib.

Nazirliyin məlumatında qeyd olunur ki, aprelin 29-dək 1466 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, virusun yayılması nəticəsində 957 nəfər həlak olub, 411 nəfər isə müalicə edilib.