Suriyada Türkiyə hərbçisi həlak oldu


Digərləri 30 Apr 2019 16:24:00 162 0

Suriyada Türkiyə hərbçisi həlak oldu

Suriyanın şimalında Türkiyə hərbçisi həlak olub.

Bakı. Rufiz Hafizoğlu - Suriyanın şimalında Türkiyə hərbçisi həlak olub. Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər yayıb. nazirliyin yaydığı məlumata görə, hərbçi avotmobil karvanının PKK terror təşkilatının Suriya qolu tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. İnsident nəticəsində daha 3 türk hərbçisinin yaralandığı bildirilir.